Gəldi


Gəldi

Qar çiçəyi haray saldı,
Bahar gəldi, bahar gəldi.
Buludların gözü doldu,
Bahar gəldi, bahar gəldi.

Günəş yerə göz-qaş atdı,
Şimşək dağda at oynatdı.
Çölə, düzə xəbər çatdı,
Bahar gəldi, bahar gəldi.

Əridi qar, getdi boran,
Yapıncıdan çıxdı çoban.
Qəh-qəh çəkib güldü hər yan,
Bahar gəldi, bahar gəldi.

Qoca dağlar cavanlaşdı,
Sellər, sular aşdı, daşdı.
Ağ ləpələr pıçıldaşdı,
Bahar gəldi, bahar gəldi.

Telli sazı köklə, Əvəz,
Coşsun ilham, coşsun həvəs.
Qoy aləmə yayılsın səs,
Bahar gəldi, bahar gəldi.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri