Ay mənim Günel qızım


Ay mənim Günel qızım

Dünyanın tək yarsı
Ay mənim Günel qızım
Yeganə bir qızımsan,
Göydə dan ulduzumsan.


Hamıdan göyçək qızım,
Bir dəstə çiçək qızım
Çöl-çəməni gəzəsən,
Mənim kəpənək qızım.


Quzeylərdə qarımsan,
Bağçalarda barımsan,
Dağ boyda vüqarımsan,
Saçları ipək qızım.


Arzumsan,diləyimsən,
Tez bir ailə qur, qızım,
Tay-tuşlarına çat qızım
Mənə sirdaş qızım.

                              

                                                           22.01.2007.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri