Nəs illərin nəs gəlişi


Nəs illərin nəs gəlişi

Sənə qurban olum,
                               Oy Allahım!
Nədir mənim de, günahım?
Niyə sənə çatmır ahım?
Axı mən də yaratdığın
                                 bir bəndənəm,
Axı mən də sidq ürəkdən
                                 Sənə bəndəm!
Yük altında inləməkdən
                            közə dönüb dilim mənim,
Vahimədən, səksəkədən
                            yata bilmir elim mənim.
Bu nə yükdür,
                         yükləmisən kürəyimə?
Zəhərli ox
                  sancılıbdır ürəyimə!
Bu əzabdan,
                  əziyyətdən qurtar məni,
Bu töhmətdən,
                  xəcalətdən qurtar məni,
Içimdəki qorxunu da
                 çıxart mənim!
O kişnəyən, şahə qalxan
                Qırat mənim,
                Dürat mənim
                Bozat mənim.
Zülfüqar tək qılınc mənim
                Düldül mənim
        Görüm kimdir mənə qənim?
Torpaq mənim
Novraq mənim
              Kəpəz mənim
              Qoşqar mənim
              Şahdağ mənim
Çeşmə mənim, bulaq mənim.
Ağrıdağın zirvəsində
                  yatan qaram,
Qədim yurdum
                Irəvanı unutmaram.
        Koroğlu mən,
        Cavanşir mən
        Babək mənəm,
        Nəbi mənəm.
Arzum budur, bir gün mən də
             doğma yurda tərəf dönəm.
Mən yağını doğrayaram
                           qıyma-qıyma!
Demirəm ki mənə qıyma
Vətənimə qurban canım
Vətən mənim din-imanım.
Təki şuşam azad olsun
Qarabağın qəm karvanı
                      geri dönsün
           Qəm-kədəri kasad olsun!
Mən insanam,

          Insan kimi yaşat məni
Bu amansız dərd yükünü
         kürəyimdən boşalt mənim
Tut qolumdan,
        bir xeyirxah işə göndər
Bacarmasam, apar məni
Asəbi-Kəf ocağında
                        daşa döndər.
Nələr etdi, papaqları
                 boş qalmışlar.
Bir də ora getməz
                 quşlar.
Təmiz hava zəhərləndi
                oldu zəhər
Bir də orda gülməz səhər
Orda axan  bulaqların
Suyu qandı
Köməyini əsirgəmə, ey Yaradan!
Təklənmişik
             tək qalmışıq biz, amandı
***
Min doqquz yüz səksən səkkiz,
              öz sazını qəmlə çaldı
Günahkarlar azad gəzdi
Günahsızlar şəhid oldu
           Yaşadığım Sumqayıtda
Talan oldu elin varı,
Cinayətkar daldalandı
      Özümüzdə araşdırdıq
Taqsızları, günahları.
         Doğma yurddan qovuldular,
Yurdsuz qaldı yurddaşlarım.
Yuvasından perik düşdü
Qaçqın oldu soydaşlarım
          Qarı düşmən!
-Gəl qoyma özünü bilməməzliyə,
O torpaq, o məkan mənim deyilmi?
Dünyanı sohbətlə sözlə bəzəyən,
Dədə Ələsgərim Alim deyilmi?
             Toz-torpağın bizi cana gətirib
             Külək əsib, yel bu yana gətirib
             De, kim səni İrəvana gətirib
             Arpaçayım, Xançobanın deyilmi
Zəhərlə yoğrulub sənin dilin də
Vəhşilik, qəddarlıq olub genində
Mərhəmət, ləyaqət yoxdur dinində,
Göyməscidin din-imanım deyilmi.
           Qürbətdə keçirdim cavan vaxtımı,
           Yadlar viran qoydu gənclik taxtını.
           Görən səndə insan qanı yoxdumu?
           Qarabağım mənim canım deyilmi.
Hər zülmət gecənin bir gündüzü var,
Ən sərt yoxuşun da hamar düzü var.
Bəşər övladının sənə sözü var
Göyçəgölüm adım, sanım deyilmi.
***
Yad etdikcə nəs illəri
Qara qanlar axır mənim
                   damarımdan ürəyimə
Namərd oğlu zərbə vurdu
                  cidov olmuş kürəyimə.
Kaş ki o il gəlməyəydi,
                 nahaq qanlar axmayaydı.
Yurdumuzun körpələri
                əbəs yerə ölməyəydi.
Aman Allah! Həmin gecə,
               yerdən göyə alov qalxdı,
               Tanklar, toplar nərildədi.
               Tüfənglərin təpəsindən tüstü çıxdı.
                           Qulaq batdı,
Silahların nərəsindən!
Taleh bizdən yaman əydi
Mətbəxtdəki günahsıza
                        güllə dəydi.
Viran qalsın yağıların yurdların
Bu torpağa axmayaydı
                     Bu qan gərək
Çəkmək olmur el-obanın
                        Dərd yükünü
Dərd yükünü çəkməyə də
                        dözüm gərək, sağ can gərək!
***
20 Yanvar, 90-cı il,
Qalıb taleyimin qan yaddaşında.
Özüm necə idim, deyə bilmərəm,
Səmti dəyişmişdi adi daşın da,
O, gecə durmuşdu yol ayrıcında,
Ölüm həyat ilə, hicran vüsalla.
Qolları sınmışdı ağacların da,
Bənizi qaçmışdı bağların Allah.
              O gecə yağırdı güllə yağışı,
              Elə bil dünyanın sonu çatmışdı.
              O gecə günahsız xalqıma qarşı,
              Qəddarlıq artmışdı, sitəm artmışdı.
O gecə budaqlar qan ağladılar,
Quşlar səksəkədən yata bilmədi
O gecə atları cidarladılar,
Yolçu mənzilinə çata bilmədi.
            Mənim şirin yuxum ərşə çəkildi,
            Ulduzlar söndülər baxışlarımda.
            Başıma od yağdı, alov töküldü
            Dondu gözlərimdə göz yaşlarım da.
Mənə bu dünyada torpaqdır  əziz,
Gözümdə əridi dağlar, təpələr.
O gecə susmuşdu hayqıran dəniz
Sahildən küsmüşdü şıltaq ləpələr.
            Bakı qan gölünə dönmüşdü gecə,
            Neçə qız batmışdı, ana batmışdı.
            O fidan gülləri əzən cəlladın
            Yırtıcı caynağı qata batmışdı.
Bir nifrət duası oxuyam gərək,
Gündoğan, günbatan duysun səsimi
Namərdə kəfənlik toxuyam gərək,
Qoydu gözlərimdə o həvəsimi.
          O gecə oyandı içimdə qeyrət,
          O gecə açıldı ağzımda dilim.
          Məndən inciməsin ana təbiət
         Qana qan gərəkdi, ölümə ölüm!
Qanın yerdə qalmaz igid qardaşım,
Qəbrin nurla dolsun, ağbirçək ana
Mənim, şəhid bacım, şəhid qardaşım,
Siz vüqar oldunuz Azərbaycana!!!
***

Döydü qapımızı yenə bəd xəbər,
Yenə çiynimizdən asıldı kədər.
Ərlərə yasxana düsəltsin bəşər.
          Torpaq layla çalsın, dağlar ağlasın
          Təbiət başına qara bağlasın.
Ilahi! Dərd olmaz verdiyin qədər
Gör neçə ömrü etdilər hədər.
Hər biri bir igid, bir oğul, bir ər
        Mənim bu günümə ellər ağlasın,
        Təbiət başına qara bağlasın.
Bu qaboy səsindən dəli olmuşam,
Ağlamaqdan yaman günə qalmışam.
Tərpətməyin bulud kimi dolmuşam
          Yolumu gözləyən çöllər ağlasın,
           Təbiət başına qara bağlasın.
Kömək et, Xudaya biz də gün görək,
Verdiyin əzaba tab etmir ürək.
Nə qanlar eyləyir bu qanlı fələk.
              Dərələr çırpınsın, sellər ağlasın,
              Təbiət başına qara bağlasın.
Kim getdi ərlərin haray səsinə
Kim yetdi onların son nəfəsinə
Çal-çarpaz dağ gördüm, dağlandı sinə,
       Çiçəklər saç yolsun, güllər ağlasın
        Təbiət başına qara bağlasın.
***
Min doqquz yüz doxsan birin
              Noyabrın iyirmisi.
Görünməmiş bir hadisə,
                 bir dəhşətli qara xəbər,
                üzdü bizi.
Aman Allah!
         Bu torpağın sinəsində
                Şırım-şırım
Şırımlanan  bu qan nədi
Əngin  səma məhvərindən
               Qopub gəldi.
Bütün göylər yerə axdı
Göyə çatdı yerin ahı.
       Bu dəhşətli faciəni
                 görəmmədi Göy Allahı!
Millətinin qaymaqları,
              Qorxa bilməz oğulları
     Məhv oldular bircə anda
  Təsəllimiz bu oldu ki,
   Onlar üçün yer ayırdıq
              O müqəddəs Xiyabanda
Nə gizlədim,
            Bu əməli edəmməzdi
                           heç bir qənim.
Öz qapazım,
                        Öz başıma dəydi mənim!
***
Min doqquz yüz doxsan iki,
                    Fevralın son günləri.
Illərdən bəri
                     Korun-korun yanan ocaq alışdı.
Qaynayan qazan,
                   qaynadı, daşdı.
Bir günün içində
                  həddini aşdı!
Bu qəmdən əridi,
                 göynədi dağ da
Canlılar perik düşdü
                 Bir hənir duyulmadı
      Yalda, yamacda, təpədə, dağda,
Ocaq əvvəl ətəkdə yandı,
Ətək yana-yana
                    ürək də yandı.
Gör nə qədər günahsız
                sağlam ürək dayandı.
       Bircə günün içində.
Gərdiş tufan görməyib
                    bu ölçüdə, biçimdə
Bir gecənin içində
                   altı yüz on üç nəfər
Günahsız insanları,
O toysuz cavanları
Ləyaqətli qızları,
Həyalı gəlinləri
Südəmər körpələri,
                      Qətlə yetirdilər!-
           Ermənilər vəhşilər!
Kişiləri məhv etdi,
                   Qudurmuş nakişilər.
***
Quldurlar gecə ikən
Xocalıya girdilər
Əllərinə keçəni
Doğradılar, qırdılar
Xış kimi, kotan kimi
Torpağı şumladılar
Arzumu, diləyimi
Hissimi damladılar
Tarixin sinəsinə
Sağalmaz dağ basdılar
Yuxulu körpələrin
Başlarını kəsdilər
Bakirəlik, təmizlik
Əlimizdən alındı
Qeyrətimiz tutulub
Qəfəslərə salındı.
Hansı cəllad, başkəsən
Verdi  “dağıt” hökmünü
Buludlar qan ağladı
Çaylar matəm saxladı
      Xocalı gedən günü.
Göylərin gözü doldu,
Könlümün gülü soldu,
               Torpaq qanla sulandı,
               Yarpaq qana bulandl
               Xocalı gedən günü.
Yada möhtac olanlar
Gözləri ac olanlar
Diz  çöküb alçalanlar
Od vurdular otağa
Beşikdə yandı çağa,
Hikkəm qınında yandı,
Axar sular dayandı
Xocalı gedən günü.
Hamilə qadınları
Nizələrə taxdılar,
Necə ana qəlbini
Yandırdılar, yaxdılar.
Neçə-neçə toy bəyi
Alışdı, yandı, söndü.
Neçə qızın başından
Gəlinlik tacı endi
Atalar yaxşı deyib
Tökülən bir də dolmaz
O toysuz cavanların
Qisası yerdə qalmaz
Oyaqsan eşit qardaş,
Yatmısan oyan, qardaş,
Vətənin keşiyində
         Mərdanə dayan, qardaş!
Illər, əsirlər keçər,
Şölə saçar günəş, ay!
Nəsillərin yadından
Heç vaxt çıxmaz bu haray
Bu haray bir millətin
Yağıya nifrət səsi,
Bu haray yer üzümün
Ən böyük faciəsi!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri