Eşit, inanma


Eşit, inanma

Insanın gözləri dünyadan doymaz,
Kim desə doymuşam, eşit, inanma.
Bahar qış nəfəsli heç vədə olmaz,
Kim desə görmüşəm, eşit, inanma.

Könlümə bəzəkdir, yazın küləyi,
Yandıra bilmədim zalım fələyi.
Qışın oğlan çağı çəmən çiçəyi,
Kim desə dərmişəm, eşit, inanma.

Hicran Lələdağı gətirib zara,
Sağalmır köksünə vurulan yara.
Ov bərədən keçib gedəndən sonra,
Kim desə vurmuşam, eşit, inanma.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri