Gəlir
Gəlir
(İstəkli nəvəm Əvəzə)
Danışıb gülməyə haqqın var bu gün
Bugün ad günündür istəkli balam.
Səni yaradana şükürlər olsun,
Mən necə xoşbəxtəm, necə xoşhalam.
Balamın balası, mənim nəvəmsən,
Könlümün istəyi, gözümün nuru.
Hər yerdə, hər zaman ürəyimdəsən,
Sənə bəxş etdiyim adımı qoru.
Hər dəfə əzizim, səni görəndə
Qəlbimə gəncliyin havası gəlir.
Sən elə oxu ki yeri gələndə,
Desinlər Əvəzin babası gəlir.
Комментарии
Отправить комментарий