Səninlə öyünsün Vətən


Səninlə öyünsün Vətən
Yolun hamar olsun, mənim Uğurum,
Çıxmasın qarşına qatı duman, çən.
Bəylik mağarını mən özüm qurum,
Səninlə öyünsün anamız Vətən,
Çıxmasın qarşına qatı duman, çən.

Sənin varlığın şükürlər olsun,
Inan gəlişinə sevindi hamı.
Qaynar həyatında xoş günlər olsun,
Millət səndən alsın coşğun ilhamı,
Inan gəlişinə sevindi hamı.

Arzum- niyyətimsən, əhdim, ilqarım,
Tez böyü, əlimdən tutan gərəkdi.
Yadların əliylə talandır varım,
Haylasan harayıma çatan gərəkdi,
Tez böyü, əlimdən tutan gərəkdi.

Ağlın, kamalın var, şirin dilin var
Şirin söhbətindən doymaram, Uğur!
Yerin var, yurdun var, doğma elin var,
Səni eldən kənar qoymaram, Uğur,
Şirin söhbətindən doymaram, Uğur!

Məcli – mərəkəyə sən yaraşıqsan,
Ataya, anaya arxa, köməksən.
Babanın gözündə nurlu işıqsan,
Nənənin köksündə vuran ürəksən,
Ataya, anaya arxa, köməksən.
                                     (  02.08. 2018)

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri