Əziz nəticəm Rüzgara

Hamı sağ olsun özünə
Əziz nəticəm Rüzgara

Xalqımızda bir məsəl var,
Övladda nəvə
Dövlətdə dəvə şirin olar.
Bəs nəticə?
Bəs kötücə?
Bəs yadıca?
Bunların acılığını, şirinliyini
bilən varmı?
Onlarla danışıb gülən varmı?
Buna ömür çatarmı?
Nəyisə.....
Hamı sağ olsun özünə,
Övladlar sağlam gəlsin
Yer üzünə.
Atalı-analı böyüsünlər,
Bu vətəni sevsinlər,
Bu vətənlə öyünsünlər.
Gözə işıq ,
yurda yaraşıq versinlər.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal