Məni


Məni

Unuda bilmirəm dağı, dərəni,
Könlümü oxşayan xoş mənzərəni.
Gəzdiyim yamacı, bəndi, bərəni,
Çağırır qoynuna göndərə məni.

Yolumu gözləyir hər qaya, hər daş,
Sevimli Göbəkdaş, gileyli Kardaş.
Köçürəm dünyadan mən yavaş-yavaş,
Mümkünsə çatdırın o yerə məni.

Qürbətdə Vətənsiz gorum çartlayar,
Torpağım çartlayar, yerim çartlayar.
Dözməz bu sitəmə dirim çartlayar,
Əmanət tapırın məzara məni.

Bir gün əsəcəkdir bahar yelləri,
Nura qərq edəcək bizim elləri.
Yenə bərq vuracaq sazın telləri,
Bax onda aparın o gora məni.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri