Gəlmişəm


Gəlmişəm

Zalım fələk, niyə çarxın dönmədi,
Mən binava axı zara gəlmişəm.
Yurdum, yuvam, elim, obam dağıldı,
Bu dünyaya bəxti qara gəlmişəm.

Dağların zirvəsi ağappaq qardı,
Torpağın sinəsi cadar-cudardı.
Bu yollar, irizlər beynimi yordu,
Heç bilmirəm indi hara gəlmişəm.

Düşdüm səhrəlara lələdağ oldum,
Mənfur qonşulara lələ, dağ oldum.
Şair Əvəz oldum, Lələdağ oldum,
Söz almağa bu bazara gəlmişəm.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri