Ata
Ata
Məni qınamayın, ay qınayanlar,
Züryət zay olanda dərd çəkir ata.
Könlünün evinə qəm, kədər yığar,
Sevincin üstündən xətt çəkər ata.
Qəlbində iftira, yalan gəzdirən,
Dilində zəhərli ilan gəzdirən
Içində bir dəli şeytan gəzdirən
Bədəsil əlindən dad çəkir ata.
Meyin atəşindən alışma, oğul,
Atanın sonuna çalışma, oğul.
Ağzına gələni danışma, oğul,
Yadların yanında ət tökür ata.
Dərdini xəlvətdə saxladı, Əvəz,
Səni şər-şəbədə haxladı, Əvəz.
Övlad haqlı sözə baxmadı, Əvəz,
Başına kül ələr, od tökər ata.
Комментарии
Отправить комментарий