Dəyişmərəm


Dəyişmərəm

Vətən, sənin bir gülünü,
Min yad gülə dəyişmərəm.
Sənə olan məhəbbəti,
Düşmən ölə, dəyişmərəm.

Nə çayımı, nə gölümü,
Nə sızqamı, nə selimi,
Öz obamı, öz elimi,
Özgə elə dəyişmərəm.

Dilin yansın, qanlı yağı,
Zədələdin bu torpağı.
Sinəmdəki çarpaz dağı,
Elə belə dəyişmərəm.

Bəxtim göydən enə gərək,
Çərxi gərdiş dönə gərək,
Mən dağ çəkəm sənə gərək,
Yoxsa hələ dəyişmərəm.

Taleyimə qarmaq atdın,
Oylağımda at oynatdın,
Nə qədər günaha batdın,
Bilə-bilə, dəyişmərəm.

Külək qovar duman-çəni,
Əvəz gəzər göy çəməni.
Ana dilim, inan səni,
Heç bir dilə dəyişmərəm.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri