Azərbaycan polisi qanunların və asayişin keşiyindədir


               Azərbaycan polisi qanunların asayişin keşiyindədir



    Bu gün  Azərbaycan dövlətçiliyinin hər cür qanunazidd hərəkətdən qorunması, ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşların təhlükəsiz yaşamaq hüquqlarının mühafizəsi baxımından daxili işlər orqanlarının üzərinə mühüm vəzifələr düşür. Milli dövlətçiliyin, insan vətəndaş hüquq azadlıqlarının etibarlı təminatçısına çevrilən, cinayətkarlıqla mübarizədə geniş tədbirlər həyata keçirən polis əməkdaşlarının üzərinə düşən şərəfli vəzifənin bu gün fədakarlıqla davam etdirilməsi göz qabağındadır.

    Müqəddəs məslək uğrunda mübarizə aparmaq hər bir insanın qəlbində, ürəyində əqidəsində olmalıdır. Vətən sevgisi belə ülvi hisslərdəndir. O sevgi insanların mənəvi zənginliyində, əxalqi saflığında, fiziki kamilliyində mühüm rol oynayır. Qanun-qayda o zaman öz bəhrəsini verir ki, onun təməli möhkəm qoyulur, insanlara ən kiçik yaşlarından anladılır aşılanır. Bir qanun onda fayda verir ki, onun icrası üçün mexanizm işlənib hazırlanır dəqiqliklə həyata keçirilir. Dövlət müstəqilliyimizin əldə olunmasında saxlanmasında Azərbaycanımızın dəyərli insanları ilə bərabər daxili işlər orqanları əməkdaşlarının da böyük zəhməti fəaliyyəti vardır. Müstəqil dövlətin prezidenti, konstitutsiyası, parlamenti dövlət hakimiyyət orqanları var. Dövləti qorumaq üçün onun mövcud qanunlarının  aliliyinə əməl olunmalıdır. Son zamanlar müxtəlif mətbuat orqanları tərəfindən Azərbaycan polisinin gördüyü işlərə qara yaxmaq onların fəaliyyətinə kölgə salmaq istəyən üzdəniraq yazarların çirkin əməlləri Sumqayıt ziyalılarını da ciddi narahat edir. Polisin şərəfli fəaliyyətinə qara yaxanlar özləri dərk etmirlər ki, onların ailələrinin, övladlarının özlərinin təhlükəsizliyini qoruyan vicdanlı polis əməkdaşlarına xəyanət edirlər. 1988-ci ildən bəri başı bəlalar çəkən        Azərbaycan   çox   imtahanlardan sınaqlardan çıxdı. Daxili düşmənlər, torpaqlarımıza erməni təcavüzü,  hakimiyyət davası, qanunsuz silahlı dəstələrin azğınlığı, qəsdən adam öldürmə halları bu kimi qanunsuzluqların şahidi olmuşuq.

     Azərbaycan polisi müstəqilliyimiz dövründə öz xidməti fəaliyyətini vicdanla yerinə yetirmişdir. Xüsusiylə ulu öndərimiz Heydər Əliyevin 1993-cü il iyun ayında hakimiyyətə qayıdışından sonra bütün dövlət strukturlarında olduğu kimi, daxili işlər orqanlarının fəaliyyəti təkmilləşdirilmiş müstəqil Azərbaycanın bu günkü polisi formalaşmışdır. Elə həmin gündən respublikamızın həm daxili, həm xarici siyasətində bir saflaşma, təmizlənmə duyuldu. İnsanlar vahimədən, hədədən xilas oldular, rahat nəfəs aldılar. Bunların hamısı ulu öndərimiz Heydər Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində öz həllini tapdı. Respublikanın ayrı-ayrı bölgələrində başlanan xoşagəlməz hadisələr, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı yönəldilən xəyanət, ölkəni parçalamaq, prezidentin həyatına qəsd cəhtləri baş tutmadı. Ölkə təhlükədən sovuşdu, xalq öz rəhbəri ətrafında birləşərək onun siyasətini dəstəklədi, qardaş qırğının, vətəndaş müharibəsinin qarşısı alındı. 1994-cü il oktyabr, 1995-ci il mart aylarında dövlət çevrilişi cəhdləri uğursuzluqla nətcələndi. Millətə, torpağa xəyanət edənlər xalqın qəzəbinə nifrətinə düçar oldular.
   Dahi öndər  Heydər Əliyevin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli fərmanı polis əməkdaşlarını daha da əzmlə işləməyə sövq etdi.
    Bu illərdə DİO-nun bütün strukturlarında olduğu kimi, Sumqayıt şəhər polisinin ayıq-sayıqlığı  cinayətkarlığa qarşı mübarizədə göstərdiyi qətiyyət şəhər sakinlərinin xatirindədirbu mübarizədə cəsur polis əməkdaşları hətta canlarından keçməyə belə hazır idilər.
    Narahat dünyamızın problemləri çoxdur. Hansı şəraitdə yaşamağımızdan asılı olmayaraq, bu problemlərin hər birinin həlli ilə vaxtında məşğul olmalıyıq. Elə xidmət sahələri var ki, onların fəaliyyətində yol verilən hər hansı bir ehtiyyatsızlıq, məsuliyyətsizlik, ən başlıcası nəzarətsizlik vəziyyəti bir az da ağırlaşdıra bilər. Biz ziyalıları fərəhləndirən budur ki, respublikamızda gedən quruculuq işləri, iqtisadiyyatımızın inkişafı ilə yanaşı Azərbaycan polisinin fəaliyyəti ildən-ilə formalaşır, polis əməkdaşlarının xidməti daim nəzarətdədir.
    Sumqayıt şəhəri özünəməxsus xüsusiyyətləri ilə respublikamızın digər regionlarından fərqlənir. Hələ keçmiş SSRİ vaxtlarında bu şəhərə kriminogen durumuna görə ən çətin yaşayış məntəqələindən biri kimi ciddi nəzarət olunurdu.
    Son 12 ilin reallıqları göstərir ki, DİN onun ayrı-ayrı strukturları üzərinə düşən məsul vəzifələrin öhdəsindən peşəkarlıqla gəlməklə yanaşı cinayətkarlığın bütün forma təzahürlərinə qarşı barışmaz mübarizə aparmış, insanların qanunla qorunan hüquq azadlıqlarının müdafiəsi sahəsində məqsədyönlü fəaliyyət göstərmişdir. Dövlətimizin inkişafı, dünya birliyinə inteqrasiyası bizi daha da fərqləndirir. İndi onu qorumaq,  iqtisadiyyatını möhkəmləndirmək daxili sabitliyi qorumaq vacib amillərdəndir. Bunun üçün ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz  İlham Əliyevin ətrafında daha da sıx birləşməli, xarici təzyiqlərə çox təəssüflər olsun ki, hələ içərimizdən dövlətimizi parçalamağa çalışan sapı özümüzdən olan baltalara qarşı qətiyyətli olmalıyıq.
    Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə daxili işlər orqanlarının əməkdaşlarına qarşı yüksək diqqət qayğı ilə yanaşılmış, DİN-in fəaliyyətinin təkmilləşdirilməsi səmərəliliyinin artırılması üçün mühüm tədbirlər görülmüşdür. Dövlət başçısının ilbəil imzaladığı fərman sərəncamlarla polis əməkdaşlarının maddi sosial vəziyyətinin yaxşılaşdırılması, DİN-in xidməti fəaliyyətinin gücləndirilməsi sahəsində gördüyü işlər onların əməyinə verdiyi yüksək qiymətin təzahürüdür. Hər bir kəs tapşırılan işi vicdanla, namusla yerinə yetirməlidir. Ölkənin sağlam əqidəli vətəndaşı olmaq hər bir azərbaycanlının ürəyindən qopmalıdır. Quruquru «Vətən» deməklə vətənpərvər vətəndaş olmaq mümkün deyil.
    Torpaqları işğal olunmuş, qız-gəlini əsir düşmüş bir xalqın vicdanlı övladları bir-birinə qara yaxmaqla məşğul olmamalıdır. Azərbaycanın mənafeyi, vətən təəssübü hər şeydən üstün olmalıdır. Vətənimizdə müharibə gedir. Buna görə ayrı-ayrı adamların cinayətkar əməllərinə yol verilməməlidir. Bu sahədə Azərbaycan polisinin fəaliyyəti biz ziyalıları daha da fərəhləndirir.Əvvəlki illərə nəzər salsaq polis əməkdaşları tərəfindən küllü miqdarda qanunsuz silah sürsat müsadirə olunaraq götürülmüşdür ki, bu da cinayətlərin baş verməsinin qarşısının alınmasında mühüm rol oynayır.
    Şah qanun deyil, qanun şahdır. Polis əməkdaşı da qanuna tabe olmağa borcludur. Harada fəaliyyət varsa, orada problemin mövcudluğu qanunauyğun qarşılanmalıdır. Digər tərəfdən əgər neaktiv hallar məhz DİN-in rəhbərliyi tərəfindən araşdırılaraq ifşa edilirsə, bu nöqsanların müəllifləri ən sərt formada cəzalandırılırsa, bu onu deməyə əsas verir ki,  DİO-da daxili təmizlik işi hələ davam etdirilir. Bu isə orqanların nüfuzunun artırılmasına daha da təkan verir. Bu proseslər barədə biz sıravi vətəndaşlar dəfələrlə daxili işlər naziri Ramil Usubovun çıxışını dinləmişik, onun mövqeyi hər birimizin ürəyincədir. DİN-in bütün sağlam əqidəli əməkdaşları kimi Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyyəti öz xidməti fəaliyyətini təkmilləşdirir şəhərdə ictimai asayişin təmin olunmasında səy bacarığını əsirgəmir. Son vaxtlar polis idarəsinin, ayrı-ayrı bölmələrinin şöbələrinin rəhbərliyi öz fəaliyyətlərində məhs bu tələbləri əsas tutaraq cinayətlərin açılması onun profilaktikası sahəsində müəyyən işlər görürlər. Bu gün şəhərimizin ən möhtəşəm, izdihamlı yerləri olan parklar, xiyabanlar   çimərliklərdə vətəndaşlarımız rahatlıqla dincəlirlər. Bu mənzərəyə baxdıqca adamın gözlərinə nur, qollarına qüvvət, dizlərinə taqət gəlir. Sumqayıt şəhərində polisin fəaliyyəti müasir dövrə uyğun formalaşır. Odur ki, mən üzdəniraq qələm sahiblərinə bildirmək istəyirəm ki, bu gün doğma Azərbaycanımızın çiçəklənməsi dünya birliyində özünəlayiq yer tutması heç kimdə qısqanclıq hissi oyatmamalıdır, buna sevinməliyik ağa , qaraya qara deməyi bacarmalıyıq.
         
                                                              Əvəz Mahmud Lələdağ


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal