Oldun


Oldun
                                                     Ulu Öndərin məzarını ziyarət edərkən

Dahilər yetirən o qədim yurddan,
Xalqın qarşısına üzü ağ çıxdın.
Neçə təklükədən, qorxulu andan,
Neçə imtahandan, sınaqdan çıxdın.

Yeni nəfəs verdin gələn kimi sən,
Nəfəsi kəsilən ana yurduma.
Həmişə yapışdın haqqın əlindən,
Cərarət bəxş etdin qalib orduma.

Qaranlıq gecəni əritdi səhər,
Sən oldun yurdumun arxa, dayağı.
Xəbislər  aradan çıxdı bir təhər,
Yenidən nurlandı Vətən torpağı.

Zülmün caynağına keçməsin deyə,
Bu xalqın dahisi, Heydəri oldun.
Çətin məqamlardan hünərlə çıxdın,
Ölkənin lideri, öndəri oldun.

Bu xalqın yolunda  canından keçdin,
Aldın bu milləti selin ağzından.
Sən ağlın kəsəndən haq yolu seçdin,
Dualar eşitdin elin ağzından.

Həvəslə yaratdın inamla qurdun,
Sənin yaratdığın dövlətə şükür.
Xalqın sabahını Ilhamda gördüm,
Allahın verdiyi qismətə şükür.

Zülmün caynağına keçməsin deyə,
Bu xalqın dahisi, Heydəri oldun.
Çətin məqamlardan hünərlə çıxdın,
Ölkənin lideri, öndəri oldun.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri