Ay gözəl



Ay gözəl

Eşqin məni edib dəli-divanə
Qənşərə çıx səni görüm, ay gözəl.
Yan-yörələr eşitməsin səsimi
Göz-qaş ilə salam verim , ay gözəl.

Qadan alım, qəmli baxma üzümə
Odlu baxış axıb dolsun gözümə.
O baxışdan hünər gəlsin dizimə,
Qəm-kədəri yerə sərim , ay gözəl.

Qurban olum səni doğan gəlinə,
Əl uzadım, əlini ver əlimə.
Nəfəsimlə sığal çəkən telinə,
Qoynundan narı dərim, ay gözəl.

Əvəz deyir, canım sənə sadağa,
Məni yorub bu izləmə, qadağa.
Gəl qoşulub qaçaq burdan uzağa
Qoy şən olsun görüş yerim , ay gözəl

                                                               ( 2018  )

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri