Sizi gözləyirəm


    Sizi gözləyirəm
Yüz dəfə qasırğa çıxdı qarşıma,
Yüz ildə millətim yüz yol sınandı.
Göydən tökülsə də alov başıma,
Ürəyim vətəndən çətin sınandı.

Faciyə -faciyə dalınca gəlir,
Bayquşun sevinci dünyaya sığmır.
Quşların naləsi göyə yüksəlir,
Yağının başına ildırım çaxmır.

Sevdaya qarışdı bir vaxt başımız ,
Bezmişəm inləyən qaboy səsindən.
Zəhərə , zəqquma döndü aşımız,
Yadların əliylə talandı Vətən.

Gavur hər daşımı qənimət sanır
Yadımdan çıxmayır, o yerlər bir an
Hər söhbət düşəndə ürəyim yanır.
Bu dərd varlığımdan çıxmaz heç zaman

Həyatda görmüşəm dəhşətli anlar,
Amansız yağını, yadı yandırın.
Sizi gözləyirik igid cavanlar,
Qələbə tonqalı alovlandırın!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri