Getdi


Getdi

Yusifin yolunu gözləyən Yaqub,
Ağlaya-ağlaya kor oldu, getdi.
Həvəslə, hünərlə ocaq qaladı,
Ocaq külə döndü qor oldu getdi.

Qardaşın qardaşa paxıllığından,
Yusif ayrı düşdü öz oylağından.
Yaqub peyğəmbərin könül bağında,
Ətirli gülləri xar oldu getdi.

Bədəni göyərdidəyən zərbədən,
Elə təpiklərə tab etməz bədən.
Uşağı saldılar quyuya qəsdən,
Qızmış gözlərini tor aldı getdi.

Haqsızlıq göynədir Lələdağ, səni,
Bu gərdiş eylədi lələdağ səni.
Kərəmtək dağladı lələ, dağ səni,
Dünya gözlərində qaraldı getdi.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri