Yaman tənha qalmışam, ana


        Yaman tənha qalmışam, ana


Ana,on iki ilə keçib,nə vaxtdan bəri
Ürəyimdə həsrətin yeri göynəyir.
Ayağı ağrılı gəldiyin günlər
Ağlaya-ağlaya yadıma düşür.


Ana,könlüm qırıq,sevgiyə həsrət,
Könlümü oxşayan,əzizləyən yox.
Ana məhəbbətinə həsrətəm,həsrət,
Gizli ağlayanda dayan deyən yox.

Tənhalıq içində əriyir ömrüm,
Yorulub həyatdan usanmışam mən.
Hərdən istəyirəm haray çəkim mən,
Ölüm yatağından ayılasan sən.

Az qala ürəyim qəfəsdən çıxa,
Bunu nə yaxınlar,nə özgə duyur.
Anasız taleyim yoxdur dünyada,
Anasız qızların bəxti heç olmaz.

Kaş nazını-qəmzəni özüm çəkəydim,
Bükəydim ömrümü ağ tellərinə.
Nazını çəkməyə çox dil tökərdim,
Səni sığallayıb öləydim, ana.

Mənim özümdən böyük dil bilənim yox,
Daha qucağına sığınmağım yox.
Ana sığalına möhtacam indi,
Ana nəfəsinə qızınmağım yox.

Eşidin ay ellər,Əntiqənin səsin,
Minnətli qayğıdan əriyir ömrüm.
Hərdən istəyirəm haray çəkim mən,
Ölüm yatağından ayılasan sən.
                                                   
                                                                                    30.11.2006.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri