Görüm


Görüm
(nəticəm Altaya)

Hələ körpə uşaqsan,
Dərddən, qəmdən uzaqsan.
İstəkli əziz balam,
Vicdanı təmiz balam.
İndi keçim mətləbə,
İlk gedirsən məktəbə.
Ağıl yoldaşın olsun,
Kitab sirdaşın olsun.
Dərsini yaxşı oxu,
Səndən öyrənsin çoxu.
Özünə özüm qurban,
Sözünə sözüm qurban.
Səni hər an şən görüm,
Hər yanı gülşən görüm.
Görüm kefi çağ səni,
Sevir Lələdağ səni.
                               
                                                       25.08.2017

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri