İlahi


                                  İlahi
Əlim ətəyindən asılı qaıb,
Kəsirsən özün kəs, özün, İlahi.
Boynum qoltuğuna qısılı qalıb,
Getdikcə azalır daözüm ,İlahi

Mən sənin sayəndə dünyaya gəldim,
Bələndim, büküldüm, ağladım, güldüm.
Böyüyə-böyüyə gücünü bildim,
Yanında ağ oldu üzüm,İlahi.

Əlim eldən çıxıb, ünüm dağlardan,
Hər gün sızıldayır canım dağlardan.
Göstər kərəmini enim dağlardan,
Doymayır həyatdan gözüm, İlahi

Qayıdan cahana yenidən gələm,
Heç vədə əlimdən düşməsin qələm.
Neçə dastan yazıb söyləməliyəm.
Nə qədər qatlanmır dizim, İlahi.

Hər vədə yek versə umum zərdən,
Sinələr xalidir incidən, zərdən.
Əvəz Lələdağam,salma nəzərdən,
Sənə öyrənibdi üzüm , İlahi.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri