Olmasa


      Olmasa
Həyatın nə ləzzəti, yar da sənə yar olmasa,
Dərdi- sən üzər səni, yanında qəmxar olmasa.

Soraqla xoş günləri amma yadda saxla ki,
Xoşbəxtlik səndən qaçar əlində var- kam olmasa.

Çıxmısan səyahətə gəz dolan gülşəni sən,
Gül səni qucarmı heç,  səndən xəbərdar olmasa.

Kimsədən bir kimsəyə, bəd xəbər söyləmə də,
El – oba dinc yaşayar, arada əğyar olmasa.

Zərgər də sənətkardı, bil nalbənd də sənətkar,
Zərgərdin nə hörməti, işində pərgar olmasa.

Uyma dünya malına, vəfası yoxdur onun,
Əvəzi kim tanıyar, əşarı, əşar olmasa.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal