Əvəzdən Əvəzə tövsiyə


                                          Əvəzdən Əvəzə tövsiyə
Budur ilk tövsiyəm, sənə əzizim,
Sadiq ol, layiq ol doğma Vətənə.
Sən Vüqar bəxş elə, mənə əzizim
Ağıla arxalan, uyma yetənə,
Sadiq ol, layiq ol doğma Vətənə!

Ağlın gül kimidir, kamalın duru,
Təmizdən təmizdir könül lövhən də.
Sən yeniyetməsən gözümün nuru,
Kamillik boy atır həvəslə səndə,
Təmizdən təmizdir könül lövhən də.

Hikmətli söz desəm mən sənə indi,
Qədrini bilmərsən onun sən hələ.
Söz var ki mənası xeyli dərindi,
Onu dərk etmədən verərsən yelə,
Qədrini bilmərsən onun sən hələ.

Sən altun qızılsan, xalis sikkəsən
Gözəllik önündə nökərəm, qulam.
Sənin varlığınla fəxr edirəm mən,
Sən necə gözəlsən, ağıllı balam,
Gözəllik önündə nökərəm, qulam.

Arzumdur – gül açsın arzun dünyada,
Tövsiyəm boyasın nura könlünü.
Əməkdən ilham al, əyilmə yada,
Mənə nəsib olsun Görüm o günü,
Tövsiyəm boyasın nura könlünü.

İnam da, məslək də pak olsun səndə,
Bu yolla ulduza, aya ucal sən.
Tamaha ağa ol, Allaha bəndə,
Elindən, obandan bacar güc al sən,
Bu yolla ulduza, aya ucal sən.


Qəlbində müqəddəs diləklər bəslə,
Alçaq adamlardan uzaq ol hər an.
Heç vədə öyünmə dələduz kəslə,
Sadə ol həmişə, sənindi dövran,
Alçaq adamlardan uzaq ol hər an.

Ağsaqqal yerişi yeri gənclikdə,
Sən sahib olarsan gözəl ad-sana.
Şöhrəti, hünəri sevir gənclik də
Oxşa şikar qovan  şirə, aslana,
Sən sahib olarsan gözəl ad-sana.


                                                                       Əvəz Mahmud Lələdağ


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri