BİR GÖRƏYDİM ÜZÜNÜ





           BİR  GÖRƏYDİM  ÜZÜNÜ
         İlk  nəvəm Mahirə ithaf edirəm

Eşitdim nəvəm olub,
Sevincdən gözüm dolub.
Xiffətdən rəngim solub,
Kaş görəydim üzünü.

Məniqınayan olmaz,
Dərdimi bilən olmaz.
Qəlbim sevinclə dolmaz,
Bir görəydim üzünü.
 
Səsinə qurban dedim,
Gözünə ceyran dedim,
Özünə heyran dedim,
Bir görəydim üzünü.



Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal