Söz vermişəm


Söz vermişəm

Söz vermişdim ağuşuna
Gül fəslində gələm, dağlar.
Telli sazla həmdəm olub,
Sevincini böləm, dağlar.

Həsrətimdir İşıqlıdağ,
Kor qalıbdır Aynabulaq.
Mən gələli, qismətə bax,
Köç eyləyib elim, dağlar.

Şux gözəllər indi hanı?
Dolaşmırlar gülüstanı.
Hər çiçəyin can dərmanı,
Neynim çatmır əlim, dağlar.

Xəyal gəzir Əyriqarı,
Ordadır könlümün varı.
Əvəz pozmaz düz ilqarı,
Sizə qurban olum, dağlar.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri