Oğul


Oğul

Qəlbindəki gizli sirri,
Hər yetənə vermə, oğul.
Dərman olsa, yad gülünü,
Əl uzadıb dərmə, oğul.

Bulanmasın bir də hava,
Dağılmasın bu yurd-yuva.
Mən görmüşəm aclıq, dava,
Sən onları görmə, oğul.

Gözəl keçir ömürlə gün,
Sən oğul ol Vətən üçün.
Tamah adlı ağır yükün,
Heç altına girmə, oğul.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri