Gəlmədin


Gəlmədin
Heç bilmədim başın nəyə qarışdı,
Tut sovuldu, alça dəydi, gəlmədin.
Dedim tez gəl ev-eşiyi yığışdır
Zalım fələk məndən əydi, gəlmədin

Axşam- sabah çox gözlədim yolunu
Kimsə gəlib soruşamdı halımı.
Ahıllıq da heydən saldı qolumu,
Bir nadan qəlbimə dəydi, gəlmədin.

Günlərimin səfası az, dərdi çox,
Əqyar gəlib güllərimi dərdi çox
Yola baxmaq gözlərimi yordu çox,
Hicran qapımızı döydü gəlmədin.

Əvəz səni harayladı, çağırdı,
Ayrılığın yükü dağdan ağırdı.
Taleh səni həsrət ilə yoğurdu,
Həsrətin qəddimi əydin, gəlmədin.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri