Qozbeli heç vədə düz görməmişəm


Qozbeli heç vədə düz görməmişəm

Alçaq xislətiylə alçalanları,
Əhdinə, andına düz görməmişəm.
Boğazdan yuxarı əlçalanları,
Yaltağı, satqını az görməmişəm.

Yeməyi, içməyi hər işi yalan,
Ədəbi, ərkanı yerişi yalan.
Təbəssümü yalan, gülüşü yalan,
Mən beləs sırtılmış üz görməmişəm.

Bir nadan hökmüylə söndü min ocaq,
Talandı  yurd-yuva, qaraldı çıraq.
Düşmə dağa-daşa Əvəz Lələdağ,
Qozbeli heç vədə düz görməmişəm.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri