Qəhrəmanlar unudulmaz
Qəhrəmanlar unudulmaz 1418 gün davam edən, anaları oğulsuz, bacıları qardaşsız, gəlinləri ərsiz, nişanlı qızları intizarda, 25 milyon insanın həyatına son qoyan, 75 min şəhər, kənd qəsəbəni xarabaya çevirən amansız müharibənin son atəşinin susduğu gündən 68 il keçir. Keçən 68 ildə o qanlı-qadalı müharibədən çoxlu əsərlər, məqalələr yazılmış, filmlər çəkilmişdir. Lakin ona olan maraq zəifləməmiş və bu gün də zəifləmir. Illər keçir, nəsillər dəyişir, amma insanlar həmin dövrün tarixi hadisələri haqqında həqiqətləri daha dəqiq bilmək üçün o illərin tarixi sənədlərinə arxiv materiallarına dönə-dönə müraciət edirlər. Indiki nəsil, bütün tərəqqipərvər bəşəriyyət faşizmə qarşı müharibədə öz gücünü, bacarığını əsirgəməyənlərin, canlarından keçənlərin xatirəsini yad edir, onların qəhrəmanlıqları önündə baş əyirlər. Alman faşistlərinə qarşı döyüşdə Azərbaycanlı gənclər misli görünməmiş qəhrəmanlıqlar göstərmiş ciddi imtahanlardan üzü...