Tərcümeyi hal


Mən , Əvəz Cəlal oğlu Mahmudov ( Əvəz Mahmud Lələdağ) 1935- ci ildə Ermənistan SSR-i Sisian rayonunun Ağdu kəndində kolxozçu ailəsində anadan olmuşam.İbtidai təhsilimi öz doğma kəndim Ağdüdə ,orta məktəbində almışam.1953- cü ildə ADPXD- (Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər) institutunun alman dili fakültəsinə daxil olmuşam.Ali məktəbdə təhsil aldığım vaxt komsomol təşkilat katibi vəzifəsində çalışmışam.
Təhsilimi başa vurduqdan sonra öz doğma kəndimdə əmək fəaliyyətinə başlamışam.
1972 –ci ildən Sumqayıt şəhərində yaşayıram.Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışam.1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişəm.AYB, AİB və Azərbaycan Aşıqlar birliyinin üzvüyəm.Sumqayıt şəhər YAP-ın ilk təşəbbüskarı olmuşam.1993-cü ildən YAP idarə heyətinin üzvüyəm.Bədii yaradıcılıqla məşğulam.” El yada düşdü”, “Dağlar marala qaldı”, “Ömür payı”, “Sinəsi dolu nənəm” , “Dünya hara gedirsən” .”Səni gözləyirəm”, “Dağlar gözləyin məni” , “Sənə sözüm var”, “Bu dünyaya könül verdim”. “ Ana laylası , könül dünyası” və.s kitablarım SDMDT –da tamaşaya qoyulan “Qorxaq” , “Tələ”, “Batmanla gələn dərd”, “Dağlarda tufan “, “Gecikmiş etiraf” , “Burda bir el vardı” və.s səhnə əsərlərim , 564-dən çox elmi- publisistiq məqalələrin müəllifiyəm.
Dövlət tərəfindən bir çox mükafatlara layiq görülmüşəm.
Azərbaycan Respublikası cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi “ medalına , Azərbaycan Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi “ mükafatına, “Qızıl qələm” mükafatına , “İlin ən yaxşı məktəb müsabiqəsinin qalibi mükafatına “ fəxri fərmanlara və başqa mükafatlara layiq görülmüşəm.
Altı övladım var.12 xarici ölkədə olmuşam.Hal-hazırda  SDU-də “Pedaqoji təcrübənin rəhbəri” vəzifəsində çalışıram.
                                    Tərcümeyi halçı:                          Ə.Mahmudov

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

«Vağzalı»nı bir də çal