Gördüm
Gördüm Mən bu gecə yuxuda, Kəndimi duman gördüm. Nənəmin ağısında, Fırtına, tufan gördüm. Güllərin ləçəyində, Laxtalanmış qan gördüm. Daş-daş üstə qalmayan, Yurdumu talan gördüm. Xaraba kalafada, Sürünən ilan gördüm. Bağının bəhrəsini, Dərməyən bağban gördüm. Sürüsünü itirmiş, Dərd çəkən çoban gördüm. Tarlaları zəmisiz, Heşansız xırman gördüm. Suyu başdan sovulmuş, Susuz dəyirman gördüm. Ayağında qandalaq, Günahsız insan grdüm. Nə bircə can yandıran, Nə bircə həyan gördüm. Yarama məlhəm qoyan, Təbibsiz loğman gördüm. Üç yüz evli kəndimi Dağılmış, viran gördüm. Şükürlər olsun haqqa Nahaqqı batan gördüm. Yurdumda baş qaldıran, Hayqıran oğlan gördüm. Bu qisas yerdə qalmaz, Deyən-qəhrəman gördüm. Çıxdım sərin yaylağa, Şaxta gördüm, qış gördüm. Odu sönmüş ocaqda, Yarı hisli daş gördüm. Öz isti yuvasından, Perik düşmüş quş gördüm. Çiçəklərin gözündə, Gilələnmiş yaş gör...