Сообщения

Damcılı bulaq

Damcılı bulaq Mənə demişdilər əlli il qabaq , Yurdu Daşsalahdı , ünvanı Qazax . Gələn qonaqları heyran eyləyir , Həyat çeşməsidir Damcılı bulaq . Yalçın qayaları yarıb gəlibdi , Hünər köhlənini yorub gəlibdi . Taleyin hökmüylə çıxıbdı üzə , Nə qədər sifətlər görüb gəlibdi . Bilmirəm mən bura nə vaxt gəlmişəm , Niyə gözəllikdən uzaq gəzmişəm . Yaradan bəxş edib bu suyu bizə , Bu gün istəyimlə qonaq gəlmişəm . Gəlmişəm yerlə göy birləşən yerə , Baş əydim bulağa azı yüz kərə . Şərdən , şəbətədən uzaqdır , uzaq , Müqəddəs torpaqdır bu dağ , bu dərə . Dahilər yetirib bu torpaq , bu su , Azadlıq olubdu elin arzusu . Çoxları  c əhd edib , amma nə fayda , Hələ də tapılmır evin oğrusu . Vurğunun ilhamı burda  c oşubdu , Nişanlı qızlara nəğmə qoşubdu . Zümrüd yamaclardan gül   dərə - dərə , Osman bu yerləri hey dolaşıbdı . Mehdinin h...